Əsas məzmuna keç
Demo istə

Elektron növbə sistemi

Hər kəs öz növbəsini bilir.

Kiu bileti kioskdan və ya QR koddan verir, növbəni zal ekranında göstərir, operator isə növbətini bir düymə ilə çağırır. Avadanlıqsız başlamaq olar: divara QR poster asın, qalanını sonra əlavə edin.

Start tarifi pulsuzdur · Azərbaycan, rus və ingilis dilində

Nümunə ekranlar: ziyarətçinin telefonu və zal ekranı

Necə işləyir

Bir sistem, beş hissə. Adi planşet, televizor və müştərinin telefonu ilə işləyir.

  1. Kiosk

    Ziyarətçi planşetdə xidməti seçir və bilet alır — çap olunmuş və ya ekranda. Ən çoxu 3 toxunuş.

  2. QR kod

    Divardakı posteri skan edən ziyarətçi bileti telefonunda alır. Kiosk olmadan da işləyir.

  3. Operator paneli

    Bir böyük “Növbəti” düyməsi. Təkrar çağır, yönləndir, “gəlmədi” — öyrətmə tələb etmir.

  4. Zal ekranı

    Çağırılan bilet və masa uzaqdan oxunur. Ekranın bir hissəsində öz reklamınız — çağırışı heç vaxt örtmür.

  5. Telegram

    Ziyarətçi istəsə, növbəsi yaxınlaşanda və çağırılanda Telegram-da mesaj alır. Telefon nömrəsi lazım deyil.

Kimin üçündür

Növbə olan hər yer üçün — kiçik salondan filial şəbəkəsinə qədər.

  • Klinika və apteklər

    Qeydiyyat, analiz, həkim kabinetləri üçün ayrıca xidmətlər. Yaşlılar, hamilələr və əlilliyi olan şəxslər üçün prioritet bilet.

  • Xidmət mərkəzləri

    Çox masa, çox xidmət. Bileti başqa masaya yönləndirin, orta gözləmə vaxtını hesabatda görün.

  • Bank və sığorta

    Filiallar, menecerlər və rollar ayrı-ayrı. Böyük şəbəkələr üçün şərtləri birlikdə müəyyən edirik.

  • Salon və bərbərxanalar

    Avadanlıqsız başlayın: divara QR poster asın, müştəri növbəsini telefondan izləsin.

  • Servis və qəbul masaları

    Avtoservis, təmir, qəbul məntəqələri. Müştəri gözləyərkən çölə çıxa bilər — növbəsi yaxınlaşanda Telegram xəbər verir.

  • Sahəniz siyahıda yoxdur?

    Növbəniz varsa, Kiu sizə də uyğundur. Yazın — birlikdə baxaq.

    Demo istə

İmkanlar

  • 10 dəqiqəyə quraşdırma

    Sahənizi seçin — hazır xidmət siyahısı təklif olunur. Qeydiyyatdan ilk biletə qədər təxminən 10 dəqiqə.

  • Prioritet növbə

    Ayrıca düymə və “Prioritet” işarəsi. Qayda hər filial üçün qurulur.

  • Bilet çapı

    80 mm termal printer. Biletdəki QR kodla ziyarətçi növbəni telefondan izləyir.

  • Öz reklamınız ekranda

    Şəkil və video, cədvəl üzrə. Reklam ekranın 40%-dən çoxunu tutmur.

  • Statistika

    Gündəlik bilet sayı, orta gözləmə, operatorların xidmət vaxtı. Excel və CSV yükləmə.

  • Rollar

    Sahib, filial meneceri, operator. Hər kəs yalnız öz işini görür.

  • Üç dil

    Azərbaycan, rus, ingilis. Ziyarətçi dili kioskda və telefonda özü seçir.

  • Şəxsi məlumata hörmət

    Telefon nömrəsi heç vaxt məcburi deyil; yazılsa, 30 gündən sonra avtomatik silinir.

  • Cihazlar kodla qoşulur

    Kiosk və TV birdəfəlik kodla qoşulur, istənilən vaxt paneldən ayrılır.

Kiu-nu öz sahənizdə görün

Klinika, xidmət mərkəzi, salon və ya bank üçün hazır demo biznesdə kiosku, operator panelini və zal ekranını birlikdə göstəririk.

Qiymətlər

Qiymətlər açıqdır, gizli ödəniş yoxdur.

  • Standart və Pro: 14 gün pulsuz sınaq
  • İllik ödənişdə 2 ay pulsuz
  • Start

    Tək salon və kiçik servis üçün

    Pulsuz
    • 1 filial, 2 masa
    • Ayda 300 bilet
    • QR poster və telefonda bilet
    • Operator paneli
    Pulsuz başla
  • Tövsiyə edirik

    Standart

    Aktiv kiçik biznes üçün

    49AZN / ay

    və ya 490 AZN / il — 2 ay pulsuz

    • Limitsiz bilet
    • Kiosk və bilet çapı
    • Zal ekranı və öz reklamınız
    • Telegram bildirişləri
    • Əsas statistika
    Demo istə
  • Pro

    Klinika və şəbəkələr üçün

    99AZN / filial / ay

    və ya 990 AZN / filial / il — 2 ay pulsuz

    • Standartdakı hər şey
    • Çox filial
    • Filial menecerləri və rollar
    • Ətraflı hesabat, Excel/CSV
    • SMS bildirişləritezliklə · ayrıca paket
    Demo istə
  • Quraşdırma və öyrətmə150 AZN-dənKomandamız qurur, işçiləri öyrədir, ekranları brendinizə uyğunlaşdırır. İstəyə bağlıdır.
  • AvadanlıqKiu dəstiPlanşet, printer, TV cihazı — aylıq icarə ilə və ya partnyorumuzdan alış.
  • KorporativFərdi təklifBanklar və böyük şəbəkələr üçün şərtləri birlikdə müəyyən edirik.

Ödəniş hesab-faktura ilə bank köçürməsidir. Tarif limitləri ilə bağlı suallar üçün bizə yazın.

Partnyorlar üçün

Partnyor ol

Planşet, termal printer, ekran və ya kiosk satırsınız? Kiu-nu avadanlığınızla birlikdə müştərilərinizə təklif edin.

  • Komissiya və ya topdan qiymət — şərtlər hər partnyorla ayrıca razılaşdırılır.
  • Gətirdiyiniz müştəriləri öz partnyor panelinizdə görürsünüz.
  • Müştərinin biletləri və ziyarətçi nömrələri sizə görünmür — yalnız müştəri icazə verəndə.
Partnyor olmaq istəyirəm

Tez-tez verilən suallar

Xüsusi avadanlıq almaq lazımdır?

Xeyr. Start tarifində divara QR poster asmaq kifayətdir. Kiosk üçün adi Android planşet və ya Windows kompüter, zal ekranı üçün Android TV cihazı və ya mini-PC ilə televizor işləyir. Hazır dəsti aylıq icarəyə götürə və ya partnyorumuzdan ala bilərsiniz.

Quraşdırma nə qədər vaxt aparır?

Qeydiyyatdan ilk biletə qədər təxminən 10 dəqiqə: sahənizi seçirsiniz, hazır xidmət siyahısı təklif olunur. İstəsəniz, komandamız yerində qurur və işçiləri öyrədir — 150 AZN-dən.

Ziyarətçi telefon nömrəsini yazmalıdır?

Xeyr. Nömrə sahəsi istəyə bağlıdır və ya ümumiyyətlə gizlədilir. Yazılan nömrə yalnız bildiriş üçün işlənir, reklam üçün istifadə olunmur və 30 gündən sonra avtomatik silinir.

İnternet kəsiləndə nə olur?

Kiosk bunu ekranda açıq yazır və ziyarətçiyə nə etməli olduğunu göstərir. İnternet qayıdanda növbə adi qaydada davam edir.

Bildirişlər necə göndərilir?

Telegram ilə, ziyarətçi üçün pulsuz. Ziyarətçi səhifəni açıq saxlasa, növbəsi çatanda telefon səs və titrəmə ilə xəbər verir.

Necə ödəyirəm?

Hesab-faktura ilə bank köçürməsi. Standart və Pro tariflərini əvvəlcə 14 gün pulsuz sınaya bilərsiniz.

Əlaqə

Sualınız var? E-poçtla yazın və ya demo istəyin.